"Kapital Bank" 2024-cü ildə səhmdarlarına 2023-cü ilin yekunları üzrə 176 milyon manat dividend ödəyib.
Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2024-cü ildə Bankın cəmi aktivlərinin məbləği 10 milyard manatı aşaraq 10,1 milyard manata çatıb. Bank 2023-cü ilin sonunda 8,8 milyard manat cəmi aktivlərə malik idi.
2024-cü ildə də "Kapital Bank"ın aktivlərinin və kredit portfelinin şəxaləndirilməsi üzrə işlər davam etdirilib, biznes və ipoteka kreditlərinin artırılmasına daha çox diqqət yetirilib.