Sabunçu Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmada təqsirləndirilən İmran Bəşirlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, İmran Bəşirli 2007-ci il təvəllüdlü olmaqla on altı yaşına çatmadığı ona məlum olan zərərçəkmiş V.V. (şərti) ilə öz aralarında razılığa gəlib qeyri-rəsmi ər-arvad münasibətlərinə daxil olub birlikdə yaşayıb.
İstintaq dövründə İmran Bəşirlinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib./pravdaaz
Â