EN

Yeniyetmə qızla qeyri-rəsmi yaşayan şəxsə HÖKM OXUNDU

Sabunçu Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmada təqsirləndirilən İmran Bəşirlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, İmran Bəşirli 2007-ci il təvəllüdlü olmaqla on altı yaşına çatmadığı ona məlum olan zərərçəkmiş V.V. (şərti) ilə öz aralarında razılığa gəlib qeyri-rəsmi ər-arvad münasibətlərinə daxil olub birlikdə yaşayıb.

İstintaq dövründə İmran Bəşirlinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bizim.Media

Chosen
2
3
bizim.media

4Sources