EN

Bu mərkəzlərdə müalicə alan şəxslərin sayı AÇIQLANDI

Azərbaycanda hazırda metadonla əvəzedici müalicə proqramı üzrə üç məntəqədə 849 nəfər müalicə alır. SİA xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, onlardan 328-i Respublika Narkoloji Mərkəzində, 378-i QİÇS-lə Mübarizə Mərkəzində,143-ü Sumqayıt Narkoloji Mərkəzindədir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Cari ilin noyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%-i) inyekson narkotik istifadəçiləri olub.

Chosen
11
11
sia.az

10Sources