EN

"Kapital Bank": 2024-də kiberhücumlar 2 dəfə artıb

2024-cü ildə kibercinayətkarlar tərəfindən "Kapital Bank"ın 140 min müştərisinin vəsaitlərinin mənimsənilməsi üçün 200 min sayda hücum cəhdi olub. 

Marja.az xəbər verir ki, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Cavid Mirzəyev 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, "Kapital Bank"ın kibertəhlükəsizlik tədbirləri sayəsində hücmların qarşısı qarşısı alınıb. 

"2023-cü illə müqayisədə 2024-cü ildə kiber hücumların sayı 2 dəfə artıb. Bu il 100 sayt bizim tərəfimizdən bloklanıb", - Cavid Mirzəyev qeyd edib.

Cavid Mirzəyev
Chosen
8
marja.az

1Sources