EN

Bu il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8549 cinayət faktı aşkarlanıb

Сari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8549 cinayət faktı aşkarlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Qeyd edilib ki, onlardan 2837-si narkotik vasitələrin qanunsuz satışı, 5478-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 228-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub.

"Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 403 kq 647,445 qr narkotik vasitələrin və psixotrop maddələrin 524 kq 059,659 qr-nı heroin, 5 ton 313 kq 809,136 qr-nı marixuana, 164 kq 849,07 qr-nı tiryək, 38 kq 852,443 qr-nı həşiş, 205 kq 385,123 qr-nı psixotrop maddələr, 156 kq 692,014 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 38807 ədəd metadon, 15 392 ədəd çətənə kolu,429 qr və 240 ədəd həb güclü təsir edən maddə,10 qr prekursor qanunsuz dövriyyədən götürülüb", - deyə əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
14
olaylar.az

10Sources