EN

“Yataq səhnələrinə çəkilmərəm, amma Kıvançla tərəf müqabili olaram”-FOTOSESSİYA

Türkiyədə yaşayan aktrisa Natavan Günəş Ələkbərova Moderator.az-ın suallarını cavablandırıb.
 
 
-Natavan xanım, uzun illərdir Türkiyədə yaşayırsız.. Orada serial, film sektoruna daxil ola bilmisiz yoxsa?
 
-Bəli, 10 ildir ki, İstanbuldayam. Keçən il yay ayında TRT-dən “Benim güzel ailem” serialından rol aldım. 22 bölüm idi serial. İndi yanvar-ferval ayında 1 serial daha olmalıdır. Anlaşa bilsək yenə də serial TRT-də olacaq!
 
-Özünüzə hansı rolları oynamağa qadağa qoymusuz? 
 
-Əslində qadağalarım var təbii ki. Amma gələcək nəyi göstərər deyə bilmərik. Açıq-saçıq səhnələrə çəkilmək istəmirəm. Ümid edirəm ki, belə təklif də gəlməz. Mənfi yaxud müsbət rollara heç bir qadağam yoxdur.
 
-Türkiyədə əslində bu cür səhnələr normal qarşılanır..
 
-Hər kəsin həyat yolu fərqlidir. Həddini aşmadığı müddətdə bəzi səhnələrdə anormallıq görmürəm. İndi əsla çəkilmərəm demirəm heç bir səhnəyə. Çünki gələcəkdə nə olacağını bilmirəm. Amma yataq səhnələrinə çəkilməyi düşünmürəm. 
 
-Sizin arxivinizi araşdıranda bəlli oldu ki, illər öncə müğənni Zamiq Hüseynovun "Sən necə də gözəlsən" klipində çəkilmisiz. Bu gün münasibətiniz necədir?
 
-Səhv etmirəmsə 2008-2009-cu illər idi. Mən model olaraq agentstvada işləyirdim. Təklif ora gəldi və kastinq oldu. Kastinqdən mən seçildim. Biz bir-birimizi hardasa görsək təbii ki, salamlaşırıq, hal-əhval tuturuq. Amma bir-birimizdə nömrəmiz yoxdur. İnstaqramda bir-birimizi izləyəcək qədər dostluq münasibətimiz də yoxdur.
 
-Azərbaycan seriallarını, filmlərini izləyirsiz? 
 
-Türkiyədə bizim kanallar yoxdur. Ona görə də izləmirəm. Türkiyədə də bu sferada işlədiyimə görə və bu işin mətbəxində olduğuma görə fikir bidirməyə haqqım var.  Bizim aktyor və aktrisalarımız Türkiyədəki bir çox aktyor və aktrisalardan qat-qat savadlı və istedadlıdırlar. Amma bizdə büdcə yoxdur. Hər həftə insanlar necə əziyyət çəkirlər. Maddiyat desəniz o da çox zəifdir. Yemək desəniz ondan da betər. 
 
-Hansı aktyorla baş rolları bölüşmək istərdiniz?
 
-Çağatay Ulusoyla birgə hər-hansısa filmdə rol almaq istərdim. Kıvanç Tatlıtuğ da, Aras Bulut da ola bilər. Bir çox savadlı aktyorlar var ki, onlarla tərəf müqabili olmaq istərdim. Əsas yaraşıqlı olmaq deyil də, istedadlı olmaqdır.
 
 
Chosen
23
moderator.az

1Sources