EN

Ali Koça hücum edən Fatih Özkana həbs cəzası verilib

Super Liqanın 2-ci həftəsində keçirilən "Göztepe" - "Fənərbaxça" matçında "sarı-lacivərlilər"in prezidenti Ali Koça hücum edən şəxsin cəzası açıqlanıb.

Apasport.az xəbər verir ki, tribunaya enən prezidenti itləyərək yıxan Fatih Özkan 7 ay 15 gün həbs cəzası alıb. 

Məhkəmə Özkanın "yenidən cinayət törətməyəcəyi" qənaətinə gəlmək mümkün olmadığını bildirərək cəzanı təxirə salmayıb və cərimə formasında ödənilməsini rədd edib.

Xatırladaq ki, matçın fasiləsində stadiona girə bilməyən "Fənərbaxça" azarkeşlərinin vəziyyəti ilə bağlı məlumat almaq üçün tribunaya yollanan Ali Koç geri dönərkən "Göztəpə" azarkeşləri tərəfindən atılan yad əşyaların hədəfi olub. Fürsətdən istifadə edən Özkan Ali Koçu arxadan itələyərək yerə yıxıb. 

Hadisədən sonra saxlanılan Fatih Özkanın "Göztəpə" rəhbərliyində rəsmi vəzifəsinin olmadığı və yalnız stadionda çalışdığı müəyyənləşib.  

Bundan sonra şübhəli şəxs ev dustaqlığına məhkum edilib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. 

 

“Nürnberq”in forvardı “Çelsi” yolunda

Şkriniar karyerasını Türkiyədə davam etdirə bilər

Arda Güler üçün yeni təklif

“Mançester Yunayted”də şok ayrılıq: Yayda klubu tərk edəcək

“Roma” Dibalaya alternativ tapıb

Chosen
14
apasport.az

1Sources