EN

Hamilə qadını qaçırmağa çalışdılar, köməyə gələn əri güllələndi- ŞOK DETALLAR- ANBAAN VİDEO

İstanbulda (Ataşehir) özünü polis kimi təqdim edən şəxs hamilə qadına təcavüzə cəhd edib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dekabrın 17-də baş verib.

5 aylıq hamilə olan 31 yaşlı Şeyda Şahin küçədə gəzərkən arxasınca gələn 37 yaşlı T.A.B. və 38 yaşlı E.B.B. şərti adlı şübhəlilər özlərini mülki polis kimi təqdim edərək onu Gülçin Özkan adlı bir qadının yanına aparmasını istəyiblər.

“Şübhəlilərin polis olmadığını anlayıb mağazaya sığındım”

Şeyda Şahin polis olmadıqlarını başa düşərək həmin şəxsi tanımadığını bildirib və mağazaya girərək ərinə zəng edib. Hadisə yerinə gələn əri İbrahim Şahin və şübhəlilər arasında mübahisə yaranıb. Daha sonra şübhəlilərdən biri odlu silahla İbrahim Şahini sol ayağından yaralayıb. Güllə onun cibindəki telefona dəyib. T.A.B. və E.B.B. adlı qardaşlar hadisə yerindən qaçıblar. Hadisə ilə bağlı polisə və təcili tibbi yardıma məlumat verilib. Yaralı İbrahim Şahin Göztepe Xəstəxanasına çatdırılıb, şübhəlilər isə Ataşehir Asayiş Bürosu tərəfindən işlədikləri bir dükanın içində yaxalanaraq saxlanılıblar.

İstanbulda


“Güllə telefona dəydi”

Ayağından yaralanan İbrahim Şahin hadisəni belə izah edib:
“Dünən təxminən saat 15:30-da həyat yoldaşım arxasınca düşən bir nəfərin təcavüzünə məruz qalıb. Həmin şəxs özünü mülki polis kimi təqdim edərək, ‘Bizimlə gəlməlisiniz’ deyib. Mağaza sahibi isə polisdirsə, şəxsiyyət vəsiqəsini göstərməli olduğunu bildirib. Amma həmin şəxs bunu etməyib. Daha sonra hadisə yerinə gəldim və həmin adamı gördüm.

Onun qolundan tutub dedim: “Əgər həqiqətən polissinizsə, kimliyinizi göstərin. Əks halda, bu məsələnin səbəbini izah edin.’ Tartışma baş verdi və həmin şəxs sorğu-sualsız silahını çıxarıb mənə atəş açdı. Güllə cibimdəki telefona dəydi. Telefon sayəsində daha ciddi zərərdən qorundum. 5 gün içində əməliyyata girəcəyəm”.

İstanbulda

“Mağazaya sığınmaq məcburiyyətində qaldım”


Şeyda Şahin isə başına gələnləri belə danışıb:

“Mağazaya girdim. Həyat yoldaşım məni ora buraxdı. Mağazaya sığınmaq məcburiyyətində qaldım. Çöldən silah səsi gələndən sonra özümü itirdim. Hadisə öncəsi qohumumgilə gedirdim. Həmin şəxs mənə yaxınlaşdı və Gülçin Özkanın yanına aparmağımı istədi. Mən ona dedim ki, sizi tanımıram. Amma israr etdi, üstümə gəldi. Özünü mülki polis kimi təqdim etdi. Hamilə olduğumu bildirdim. Amma o, ‘bu məni maraqlandırmır’ dedi”.

“İki qardaşın ümumi 17 cinayət qeydi var”

Araşdırmalar zamanı məlum olub ki, T.A.B. adlı şəxsin üzərində “qəsdən xəsarət yetirmə”, “təhdid”, “soyğunçuluq” cinayətlərindən ümumilikdə 10 cinayət işi var, E.B.B. adlı şəxsə isə “təhdid” və “qəsdən xəsarət yetirmə” cinayətlərindən ümumilikdə 7 cinayət işi açılıb.

 

Musavat.com

Chosen
15
2
musavat.com

3Sources