Dünən Gəncədə məktəbli yoldaşına bıçaqla xəsarət yetirən şagird saxlanılıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs, 2009-cu il təvəllüdlü M.Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, ötən gün Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 10-cu sinif şagirdi 8-ci sinif şagirdinə bıçaqla xəsarət yetirib.