EN

ABŞ-da quş qripi həyəcanı: Fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Luiziana ştatında yaşayan şəxs quş qripi səbəbilə xəstəxanaya yerləşdirilib.

Turkustan.az xəbər verir ki, bu hadisə ABŞ-da insanlarda görülən ilk ciddi quş qripi hadisəsi kimi qeydə alınarkən, Kaliforniya ştatında epidemiya riski səbəbilə fövqəladə vəziyyət elan edilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən edilən açıqlamada , yaşı 65-dən yuxarı olan və xroniki sağlamlıq problemləri olan xəstənin virusa yoluxduqdan sonra nəfəs almaqda çətinlik çəkdiyi bildirilib. Xəstənin evinin həyətyanı sahəsindəki ev quşlarından virusa tutulduğu açıqlanarkən, daha əvvəl ABŞ və Kanadada insanlara yoluxan “D1.1” tipli virusun aşkar edildiyi bildirilib. .

Son hadisə ABŞ-da insanlarda ilk ciddi quş qripi hadisəsi kimi qeydə alınıb. CDC, aprel ayından bəri quş qripinə 61 nəfərin yoluxduğunu, əksəriyyəti heyvan fermalarında çalışan işçilər olduğunu müəyyən etdi. Lakin hallarının yüngül olduğu açıqlanıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
2
1
turkustan.az

3Sources