EN

Polis əməliyyat keçirdi: partlayıcı satılan anbar aşkarlandı

Xırdalanda pirotexniki vasitələrin satıldığı anbar aşkarlanıb.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində pirotexniki vasitələrin satışını təşkil edən Ş.Hüseynov saxlanılıb.

Ona məxsus evin anbarına baxış zamanı müxtəlif növ pirotexniki və tezalışan maddələr aşkarlanaraq götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

Chosen
4
2
konkret.az

3Sources