EN

Paşinyanın arvadı reketlikdə ittiham olunur – Akopyan şirkətlərdən pul yığmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan yeni videomüraciət yayıblar. Videoda Anna Akopyanın yaratdığı “Mənim addımım” fondu adından şirkətlərdən pul istəməsindən və onun bu barədə məktubundan bəhs olunur. 

Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan sözügedən məktub barədə danışarkən, “bəziləri bunu reketlik və qəsb kimi təqdim etməyə çalışıb” deyib. 

Öz növbəsində, Akopyan qeyd edib ki, məktub iri şirkətlərə ünvanlanıb: “Mən orada fondun proqramlarını ətraflı şəkildə təqdim etmişəm və onlardan xahiş etmişəm ki, əgər xoşlarına gəlsə, qeyd olunan proqramların həyata keçirilməsi üçün maliyyə dəstəyi göstərsinlər”- deyə, Akopyan bildirib. 

ElcanMissiya.Az

Chosen
8
missiya.az

1Sources