EN

Aİ liderləri Ukrayna, Yaxın Şərq, Gürcüstan və Moldovadakı vəziyymüzakirələr aparacaqlar.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri bu gün Brüsseldə Ukrayna, Yaxın Şərq, Gürcüstan, Moldova və digər məsələlərə dair müzakirələr aparacaqlar.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat dərc edilib.

İclasın gündəliyinə əsasən liderlər Ukraynada müharibə, Kiyevə hərbi yardımları müzakirə ediləcək.

Qeyd olunub ki, üzv ölkələr Ukraynaya HHM sistemlərinin, sursat və raketlərin çatdırılması istiqamətində əldə edilən proqresi nəzərdən keçirəcək, ukraynalı əsgərlərə təlim və tədarük məsələlərinə diqqət yetirəcəklər.

Bəyanatda Aİ-nin həmçinin Rusiya və onu dəstəkləyən üçüncü ölkələrə təzyiqi artırmağa hazır olduğu qeyd olunub.

Şuranın iclasında eyni zamanda Yaxın Şərqdəki vəziyyət, de-eskalasiya səyləri, İsrail və Livan arasında atəşkəs razılaşması və Suriyadakı son hadisələr müzakirə ediləcək.

Aİ liderlərinin Gürcüstan və Moldovadakı hadisələr də daxil olmaqla spesifik xarici siyasət məsələlərinə də diqqət yetirəcəyi qeyd olunub.

Chosen
49
9
apa.az

10Sources