EN

Litvadan Rusiyaya usan təyyarə bu ölkədə niyə saxlanılıb?

Dekabrın əvvəlində Finlandiyada Litvadan Rusiyaya uçan və yanacaq doldurmaq üçün Helsinki hava limanına enən özəl “Beechcraft” təyyarəsi saxlanılıb.

Publika.az xəbər verir ki, LRT radio şirkətinin məlumatına görə, pilot sanksiyalardan yayınmaqda şübhəli bilinir.Təyyarənin pilotu Litva vətəndaşı Robertas Petkus olub.

Təyyarənin Vilnüsdə satışına kömək edən Litva Nəqliyyat Səlahiyyətləri Agentliyinin Uçuşlara Nəzarət Departamentinin rəhbərinin müşaviri Ritis Dulinskas bildirib ki, “Beechcraft”ı Latviya vətəndaşı Roberts Klimoviç alıb.

Həbs zamanı göyərtədə olan Klimoviç aydınlaşdırıb ki, təyyarəni Latviyadakı qohumları alıb və o, vasitəçi olub.

“Mən təyyarəni Rusiyada satmaq üçün Qazaxıstana uçmamışam. Mən aviasiya həvəskarıyam... Qazaxıstanda baza yaratmaq imkanı axtarıram. Uçuş da bu planlarla bağlı idi”, - deyə o vurğulayıb.

Chosen
1
2
publika.az

3Sources