EN

Bakıda birgünlük kirayə evlərdəki məcaralar – VİDEO

Bakıda gündəlik mənzil kirayəyə verən mülkiyyətçilər əmlakları ilə bağlı müqavilə bağlamaqda maraqlı deyillər.
Üstəlik onlar üçün evlərdən hansı məqsədlə istifadə edilməsi də əhəmiyyət daşımır, təki qazanc olsun.
Vəkil Hikmət Əliyev bildirib ki, müqavilənin bağlanması təkcə vergidən yayınmanın qarşısını almaq məqsədi daşımır:
“Çünki bu müqavilədə şərtlər, tərəflərin hüquq və vəzifələri müəyyən edilir, gələcəkdə ola biləcək problemlərin hüquqi olaraq tənzimlənməsi mümkün olur. Müqavilənin olmaması tərəfləri əlverişsiz vəziyyətə sala bilər. Ehtimal edək ki, mənzili kirayə götürən şəxsin ehtiyatsızlığı ucbatından alt qonşunun evinə su axır, bunun nəticəsi olaraq həmin şəxsə zərər dəymiş olur. Belə olan halda mülkiyyətçi məsuliyyət daşıyır. Qonşu məhkəmədə iddia qaldırarsa, həmin zərər ev sahibindən tutulacaq. Amma əgər müqavilə bağlanmış olsaydı, mənzili kirayə götürəndən də zərərin tələb olunması halı mümkün ola bilərdi”.
Vəkil vurğulayıb ki, belə hallarda ev sahibi hadisəni hüquqi yolla sübut edə bilmir. Bu da onun hüquqlarının pozulmasına səbəb olur. Odur ki, tərəflərin çətin vəziyyətə düşməməsi üçün hətta birgünlük kirayə üçün belə müqavilənin bağlanması zəruridir.
Ətraflı Baku TV-nin süjetində:

 

Chosen
7
7
moderator.az

8Sources