EN

Suriyanın ən nəhəng futbol arenasında güclü yanğın olub

Suriyanın Hələb şəhərində ölkənin ən böyük stadionu olan Beynəlxalq Stadionda yanğın baş verib.

hakimiyyet.az xəbər verir ki, məlumatı Suriyanın "Al-Masry Al-Youm" agentliyi yayıb.

Qeyd olunur ki, Hələb Beynəlxalq Stadionu 75 min tamaşaçı tutumuna malikdir.

İlkin məlumata əsasən, yanğın bir qrup naməlum şəxs tərəfindən törədilib.

Yanğının səbəbləri barədə rəsmi məlumat verilmir.

Chosen
1
2
hakimiyyet.az

4Sources