EN

Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə BDYPİ-dən bildirilib.

Belə ki, Qobustan rayonu ərazisində hərəkətdə olan “VAZ” markalı, tranzit dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xarici işıq cihazları nasaz olduğu üçün Alayın 3-cü taqımının əməkdaşı tərəfindən saxlanılıb. Sənədləri təqdim etmədiyi üçün sürücü Mustafa Mahmudzadə barəsində aparılan araşdırma zamanı məlum olub ki, o, sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etməklə yanaşı, həm də kustar üsulla hazırlanmış saxta nömrə nişanından istifadə edib.

Qanunvericiliyin tələblərini kobud şəkildə pozan M.Mahmudzadə barəsində müvafiq protokollar tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi məsuliyyətdən yayınmaq məqsədi güdən belə hallara qarşı bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirir və hər bir yol hərəkəti iştirakçısını hüquqazidd əməllərdən çəkinməyə çağırır.

Chosen
14
22
ikisahil.az

10Sources