Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvardakı Gənclər Evində gənclər üçün tədbir keçirilib.
Moderator.az xÉ™bÉ™r verir ki, “VÉ™tÉ™npÉ™rvÉ™r AzÉ™rbaycan gÉ™ncliyi – SaÄŸlam gÉ™nclik, saÄŸlam gÉ™lÉ™cÉ™k” mövzusunda keçirilÉ™n görüşdÉ™ BilÉ™suvar rayon Ä°cra HakimiyyÉ™tinin başçısı Faiq QürbÉ™tov, VÉ™tÉ™n MüharibÉ™si iÅŸtirakçıları, ÅŸÉ™hid ailÉ™lÉ™ri, rayonun hüquq-mühafizÉ™ orqanlarının rÉ™hbÉ™rlÉ™ri, mÉ™ktÉ™blilÉ™r vÉ™ digÉ™r nümayÉ™ndÉ™lÉ™r iÅŸtirak ediblÉ™r.
Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən danışıb, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, analoji tədbirlər cari ildə ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.