Daşınmaz əmlak əldə etmək arzusunda olanlar adətən iki qismə bölünür: Bina və yaxud həyət evi almaq istəyənlər.
Həyət evlərini seçənlər indi daha az pul xərcləyirlər. Çünki fərdi yaşayış evlərinin qiymətində 7-8 faizə yaxın azalma var.
Publika.az xəbər verir ki, qiymətlər evlərin sənədinin olub-olmamasına görə dəyişir. Çıxarışı olmayan fərdi yaşayış evləri alıcılara daha ucuz təklif olunur.
Rieltor Vəfadar Axundovun sözlərinə görə, Xırdalan və Masazır ərazisində evlər 20-25-30 mindən və 350-400 min manatadək təşkil edir:
"Evin sənədindən, tikilinin yaşayış sahəsindən asılıdır. 30 minə Xırdalanda satılan mənzil Masazırda 23-25 mindir. 3 otaqlı evlər isə 35 min manatdan başlayır".