EN

Tacikistanla birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib

Tacikistan Respublikasının Düşənbə şəhərində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda çıxış ediblər.

Sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadənin çıxışları dinlənilib.

İclas protokolunun imzalanmasından sonra Azərbaycan nümayəndə heyəti ilə Tacikistanın Baş naziri Kohir Rəsulzoda, xarici işlər naziri Sirojiddin Muhriddin və Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Sheralizoda arasında görüşlər keçirilib.

Chosen
6
13
vergiler.az

10Sources