Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı -MİT) Suriyada keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/PAJK terror qruplaşmasının Cəzirə üzrə “məsul” şəxsi, “Nesrin Ahmed” kod adlı Yayla Kızılkaya ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Haber Global” yayıb.
Bildirilib ki, nöqtə atışlı əməliyyat Suriyanın Haseke əyalətinin Kamışlı rayonunda keçirilib.