"İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən artıq 4 minədək şəxsin məşğulluğu təmin edilib".
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri aparılır:
" Artıq 125 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib. Doğma yurdlarına qayıdan vətəndaşlardan 145 sakin üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar da yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə əmək yarmarkalarının təşkili də davam etdirilir. Cari ildə həmin ərazilərdə daha 6 yarmarka keçirilib".
"Əmək və Əhalinin Sosial Müdafiəai Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir", - deyə məlumatda bildirilib.