EN

Sahil Babayev: Son 6 ildə 635 min şəxs işlə təmin edilib

Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayında 609 min (50%) artım olub.

Demokrat.az "Report"-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2018-2024-cü illərdə 1,8 milyon nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub:

"Həmin müddətdə 635 min şəxs işlə təmin edilib. Özünüməşğulluq proqramı başlayandan, yəni 2017-ci ildən, növbəti il də daxil olmaqla, proqrama cəlb ediləcək şəxslərin sayı 100 min olacaq".

Chosen
0
7
demokrat.az

9Sources