EN

PKK-nın "məsul" şəxslərindən biri öldürülüb -Suriyada antiterror əməliyyatı

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı -MİT) Suriyada keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/PAJK terror qruplaşmasının Cəzirə üzrə “məsul” şəxsi, “Nesrin Ahmed” kod adlı Yayla Kızılkaya ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, nöqtə atışlı əməliyyat Suriyanın Haseke əyalətinin Kamışlı rayonunda keçirilib.

Chosen
0
7
ikisahil.az

8Sources