EN

Ölkədə internetdə problem yarandı: Xəstəxanaların qeydiyyat sistemi işləmir

Dekabrın 19-da səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranıb. Nəticədə bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Mənbə bildirir ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.

Bizim.Media

Chosen
0
35
bizim.media

10Sources