Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib:
"Məhz bu ölkələrin fəaliyyətlərini əlaqələndirməsi onların dünya siyasi arenasında daha əhəmiyyətli yer tutmasına səbəb ola bilər. Azərbaycanın bu təşkilatla münasibətlərinə gəlsək, orada təmsil olunan bir çox ölkələrlə Azərbaycanın kifayət qədər yaxın münasibətləri var. Bu ölkələrlə Azərbaycanın münasinətləri də davam etməkdədir. Bu qurumda iştirak etmək Azərbaycana yalnız müsbət dividentlər gətirə bilər. Belə ki, həmin ölkələrlə bizim münasinətlərimizin və gələcək perspektivdə daha da dərinləşməsi və bunun qarşılığında da faydalı əməkdaşlıq əsasında fəaliyyət göstərə bilərik. Əgər belə bir cəhd alınacaqsa, Bakı bu təşkilatda münasibətlərini dərinləşdirəcəksə, bu tərəflərin hamısının faydasına olacaq".
Zeynəb Rzayeva