EN

Litvadan Rusiyaya gedən təyyarə Finlandiya tərəfindən saxlanılıb

Finlandiya Litvadan Rusiyaya istiqamətlənən özəl təyyarəni sanksiyaların pozulması ehtimalına görə saxlayıb.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə LRT portalı məlumat yayıb.

Məlumata görə, "Beechcraft” təyyarəsi Litvadan Pskova gedirdi. Uçuş Latviya üzərindən həyata keçirilib. Təyyarə yanacaq doldurmaq üçün Helsinkidə yerə enib və Finlandiya hakimiyyəti tərəfindən saxlanılıb.

Portal qeyd edib ki, Litvadan Rusiyaya birbaşa olmayan marşrut Finlandiya rəsmiləri arasında şübhə doğurub. Məlumata görə, pilotlardan biri Litva vətəndaşıdır. O, əvvəllər sanksiyalardan yan keçməklə təyyarə satışında iştirak etmiş ola bilər. Onun barəsində məhkəməyə qədər araşdırma aparılır.
 
 

Chosen
6
4
7news.az

5Sources