Aktual.az xəbər verir ki, bu barədə "Past” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Xarici İşlər Nazirliyinə 550-yə yaxın şəxsin adı olan qara siyahı təqdim edib:
"Buraya jurnalistlər, mədəniyyət xadimləri, politoloqlar, Rusiya Erməniləri İttifaqının üzvləri və s. daxildir”.
Qeyd edək ki, bir neçə gün əvvəl politoloq Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub və bu, Rusiyada qeyri-dost addım kimi qiymətləndirilib. İlkin məlumatlara görə, o, valideynlərinin məzarını ziyarət etmək üçün İrəvana gəlib, lakin Zvartnots hava limanında onu geri qaytarıblar.