EN

Heyvandarlıqda sığorta tariflərinin endirilməsi fermerlərə hansı faydalar vəd edir? QHT sədrindən AÇIQLAMA

Xırdabuynuzlu heyvanların sığorta tariflərinin 10% aşağı salınması fermerlər arasında geniş müzakirələrə səbəb olub. Aqrar Sığorta Fondu tərəfindən edilən bu addımın kiçik təsərrüfat sahibləri üçün əhəmiyyətlə bir imkan yaradacağı düşünülür.

QHT.az “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyevanın bu məsələ üzərinə fikirlərini öyrənib. O bildirib ki, “Hər bir dövlət paketində sahibkarlara təqdim olunan xüsusilə heyvandarlıqla məşğul olan fermerlər üçün tariflərin aşağı salınması birbaşa olaraq onların xərcini azaltmaqla yanaşı, sığorta sisteminə mərəkini artıracaq. QHT sədri vurğulayıb ki, xaricdən gətirilən heyvanlarıņ yerli şəraitə uyğunluğunun yoxlanılması vacibdir. “Tələbatı olan fermerlərlə sorğu aparılmalı, onların qulluq etmə təcrübəsi müəyyən edilməlidir. Məlumdur ki, yerli mühitimizə öyrəşmiş heyvanlar bu şəraitdə daha davamlıdır. Lakin iqlim dəyişikliyi nəticəsində heyvanların da problemlərlə üzləşdiyi danılmazdır.”

Heyvanların sığortalanmasının aşağı salınması fermerlərə maddi cəhətdən uyğun həll yoludur. Bu tədbir təbii fəlakətlər, heyvan hücumları, zəhərlənmə, yanğın kimi hallarda fermerlərin maliyyə itkisini minimuma endirəcəkdir. Bundan başqa, daxili bazarın inkşafında, ət və süd məhsullarının təminatında da bu addım önəmli rol oynayacaq.

“Heyvandarlıq çətin sahədir, qış fəslində canavar və digər heyvanlar yem axtarıb təsərrüfatçıların heyvanlarına hücum edir. Bu təhlükələrə qarşı sığortalanmanın aparılması çox vacibdir”, - deyə Zülfiyyə Nuriyeva qeyd edib.

 

Pərvanə Fərhadqızı

Chosen
4
qht.az

1Sources