“Kapital Bank” bu günədək işğaldan azad edilmiş ərazilərin bərpası üçün 200 milyon manat məbləğində kredit ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov bankın cari ilin yekunlarına və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Dövlət və sosial layihələrdə iştirak “Kapital Bank” üçün böyük əhəmiyyət daşıyır. Bu kontekstdə, ilk növbədə, Böyük Qayıdış layihəsini qeyd etmək lazımdır. Biz işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyələşdirilməsinə dəstək verməyə davam edirik.
Layihə çərçivəsində bir sıra kəndlərin bərpası, yaşayış və qeyri-yaşayış binalarının tikintisi, həmçinin Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam və Qubadlı kimi şəhərlərdə infrastrukturun inkişafı işləri aparılır. Bu işlər üçün ümumilikdə 200 milyon manat vəsait ayrılıb", – deyə Fərid Hüseynov vurğulayıb.