Şimali Koreyada yeni pivə barı açıldı - VİDEO
Şimali Koreyanın paytaxtı Pxenyanda yeni pivə barı açılıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, qərb üslublu iri miqyaslı müəssisə Şimali Koreya hökumətinin nəhəng tikinti layihələrini həyata keçirdiyi yeni ərazidə yerləşir. İnsanlar pivəni ərzaq talonları ilə almalıdırlar. Şimali Koreya əhalisini qidalandırmaq üçün mübarizə aparan ölkədir, əksəriyyəti ərzağa xərcləyəcəkləri az məbləği qurban verə bilmir. Yalnız Pxenyanda kişilərə xüsusi pivə vauçerlər verilir. Kənd yerlərində insanlar evdə keyfiyyətsiz pivə hazırlayıb, onu içirlər. Bu məhdudiyyətlərə görə, yeni pivə məkanını çox güman ki, yalnız Pxenyanın elitası və az sayda xarici turistlər ziyarət edəcək.