“Green Card” (Yaşıl kart) qazandıqdan sonra ABŞ-a daimi yaşayış üçün köçən populyar azərbaycanlı müğənni Elariz Məmmədoğlunun doğum günü olub.
KONKRET.az xəbər verir ki, sənətçi 60 yaşını qeyd edib.
Bu barədə ifaçı sosial media hesabında paylaşım edib. Yubileyində lentə alınan görüntülərdə Elarizin həyat yoldaşı Gülnar xanım da yer alıb.
Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-a köçən sənətçi Nyu-York restoranlarının birində malışır. O, Amerikada baş tutan bir çox azərbaycanlıların toylarını idarə edir./yenisabah