EN

Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - Yenilənib

Aşağı Quşçu Ayrım kəndinin bələdiyyə sədri məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı 20 nəfərin zəhərlənməsi ilə bağlı yayılan məlumatı təkzib edib.

Azreform.info xəbər verir ki, bələdiyyə sədri Tofiq Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, 10 uşaq tüstüdən zəhərlənib.

"20 deyil, 10 uşaqdır. Elə də ciddi məsələ deyil",- deyə bələdiyyə sədri bildirib.

***
Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.

Azreform.info -ın "Report"a istinadən məlumatına görə, zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Onların yanacaq sobasının tüstüsündən zəhərləndiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
15
azreform.info

1Sources