EN

İkinci əl avtomobil bazarında durğunluq yaranıb - SƏBƏB

Türkiyədə ikinci əl avtomobil bazarında durğunluq yaşanır.

Avtosfer.az xəbər verir ki, satıcıların sözlərinə görə qiymət artımları ikinci əl avtomobil bazarında satışların tamamilə dayanmasına gətirib çıxarıb.

Həmçinin, avtomobillərin sığortalanmasının məcburi olmasının və yüksək faizlərin də satışlara mənfi təsir etdiyi iddia olunur. Yaranmış vəziyyətdən sonra qardaş ölkədə sözügedən avtomobillərin qiymətləri 20 faiz ucuzlaşdı. 

Lakin bu da effekt vermədi. Türkiyədə avtomobil alqı-satqısı ilə məşğul olanlar və avtosalon sahibləri 2024-cü ildə gözləntilərinin qarşılanmadığını deyirlər. Onlar, yeni ildən ümidli olduqlarını söyləyiblər. 

(hit.az)

Chosen
9
1
avtosfer.az

2Sources