EN

“Kapital Bank” istiqraz şəklində subordinasiya borcunun buraxılışı ilə bağlı planlarını AÇIQLAYIB

Bakı. Trend:

“Kapital Bank” gələn ilin yanvar ayında 25 milyon ABŞ dollarıməbləğində istiqraz şəklində subordinasiya borcu buraxmağıplanlaşdırır.

Bunu Trend-in sualına cavabolaraq “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktorFərid Hüseynov bankın cari ilin yekunlarına və növbəti ilinplanlarına həsr olunmuş mətbuat konfransında deyib.

"2024-cü il istiqrazlar sahəsində əhəmiyyətli nailiyyətlərləyadda qaldı. Bu il ümumi həcmi 145 milyon ABŞ dolları və 100 milyonmanat olan yeddi istiqraz emissiyası həyata keçirildi. Bu ilinxüsusiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq istiqrazlarınabunəsi filiallarımız vasitəsilə həyata keçirildi. Bildiyiniz kimi,əvvəllər müştərilər yalnız investisiya şirkətləri vasitəsiləmüraciət edə bilərdilər, amma indi bu proses yaxınlıqdakı bankamüraciət etmək qədər rahatlaşıb.

Xüsusilə fiziki şəxslərin abunə prosesindəki fəallığı bizisevindirir. Əgər rəqəmlərə baxsaq, bu il abunədə 450-dən çoxinvestor iştirak edib. Bankın istiqrazları həmçinin ikincil bazardaaktiv ticarət olunur. İl ərzində investorlar arasında ticarət həcmi52 milyon manatdan çox olub", – deyə o vurğulayıb.

Suala cavablandırarkən, Fərid Hüseynov bu ilin sonunda daha biremissiyanın planlaşdırıldığını qeyd edib.

"Əgər çatdıra bilsək, dekabr ayında 50 milyon manat dəyərindədaha bir istiqraz emissiyası həyata keçirməyi, yanvar ayında isə 25milyon ABŞ dolları məbləğində subordinasiya borcunu buraxmağıplanlaşdırırıq", – deyə o bildirib.

Məqalədə:
Chosen
13
az.trend.az

1Sources