Vaşinqton Ukraynaya yardım üçün 100 milyard dollar, ABŞ-nin müttəfiqləri və tərəfdaşları isə təxminən 150 milyard dollar xərcləyib.
KONKRET.az xəbər verir ki, ABŞ-nin dövlət katibi Entoni Blinken bunu Nyu-Yorkda keçirilən Xarici Əlaqələr Şurasının sessiyasında deyib. O, qeyd edib ki, həmin vəsaitin böyük hissəsi hərbi sənaye kompleksinə xərclənib: “Biz Ukraynanın müdafiəsinə təxminən 100 milyard dollar, müttəfiqlərimiz və tərəfdaşlarımız isə 150 milyard dollar xərcləyib. Yeri gəlmişkən, insanlara izah etmək lazımdır ki, Ukraynanın müdafiəsinə göndərdiyimiz pullar əsasən ABŞ-də öz müdafiə sənayesi bazamızı istehsal etmək, ukraynalıların özlərini müdafiə etmək üçün lazım olanı qurmaq üçün xərclənib. Nəticədə Amerikada yaxşı iş yerləri açıldı”, – deyə Blinken bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az