EN

Qazaxıstanda zooparklar və səyyar sirklər qadağan edilir

Qazaxıstanda 2025-ci ildən zooparklar və səyyar sirklərin fəaliyyəti qadağan ediləcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu hökumətin keçirdiyi brifinqdə ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev deyib.
 
Nısanbayev əlavə edib ki, hələlik ölkədə müntəzəm sirklər fəaliyyətini davam etdirəcək, lakin səyyar sirklərə qoyulan qadağa bu normaya doğru ilk addım olacaq:
 
\"Heyvanlarla məsuliyyətli rəftarla bağlı qanunvericilikdə vəhşi heyvanların sərgilənməsini, səyyar zooparkların, akvariumların yaradılmasını və s. qadağan edən qayda nəzərdə tutulub. Bu norma 2025-ci il yanvarın 1-dən qüvvəyə minir. Ona görə də gələn ildən səyyar sirk və zooparkların fəaliyyəti dayandırılacaq - deyə Ekologiya Naziri bildirib.
 
Xatırladaq ki,  2021-ci ildə Qazaxıstan prezidenti \"Heyvanlarla məsuliyyətli rəftar haqqında” qanunu imzalayıb.
 
Heyvanların hüquqları müdafiəçilərinin səyyar heyvanxanaların, heyvandarlıq zooparklarının, səyyar okeanariumların, delfinariumların və səyyar heyvan sərgilərinin yaradılmasına və fəaliyyətinə qadağa qoyulması ilə bağlı təkliflər nəzərə alınıb. 

Aysel




Chosen
9
azxeber.com

1Sources