"Ənsar Allah" hərəkatının yəməndən olan üzvləri- husiləri Təl-Əviv bölgəsindəki İsrail hərbi obyektlərinə zərbələr endiriblər. Bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya “Əl Məsirə” telekanalının efirində bildirib.
Hərəkat nümayəndəsinin sözlərinə görə, Təl-Əvivdəki hədəflər məhz Yəmən silahlı qüvvələrinin raket qüvvələri tərəfindən hücuma məruz qalıb. Məlumata görə, zərbə iki Fələstin-2 hipersəs ballistik raketi ilə endirilib. Səriya qeyd edib ki, nəticədə iki mühüm hərbi obyekt vurulub.
"Əməliyyat öz məqsədlərinə çatdı", - hərəkatın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Təl-Əvivə raket zərbəsi İsrailin Yəmənə hücumu ilə eyni vaxtda həyata keçirilib.
Tural