Rusiya Silahlı Qüvvələrinin general-leytenantı İqor Kirillov və köməkçisinin öldüyü terror aktını törədən Özbəkistan vətəndaşı Əhmad Kurbanovun saxlanılması anının görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, kadrları Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) yayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov və onun köməkçisi ölüb. Partlayışın təşkilində şübhəli bilinərək saxlanılan Özbəkistan vətəndaşı Əhmad Kurbanov cinayəti Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə törətdiyini və bunun qarşılığında ona 100 min dollar və Avropa pasportu təklif edildiyini etiraf edib.
Bizim.Media