EN

Makronla Ursula fon der Leyen arasındaNARAZILIQ YARANIB

Avrop İttifaqının rəhbərlərindən Ursula fon der Leyenin bəzi qərarları Aİ ölkələrində narazlıq yaradıb.

“İki sahil” RT-yə istinadla bunun səbəblərini təqdim edir.

Problem Ursula fon der Leyenin Merkosur ölkələri, Latın Amerikası ölkələri ilə faktiki olaraq vahid gömrük zonası yaratmaq üçün müqavilə imzalaması səbəbindən yaranıb. Bu razılaşmaya əvvəlcə Fransa qarşı çıxıb. Makron hesab edir ki, belə bir razılaşma Avropa İttifaqından, xüsusən də Fransadan olan fermerlər və kənd təsərrüfatı istehsalçılarını qeyri-bərabər şəraitə salacaq.

Rusiyalı ekspert Nikolay Topornin vurğulayıb ki, Latın Amerikası ölkələrində kənd təsərrüfatı məhsulları daha ucuzdur. İqlim şəraiti onlara daha ucuz qiymətə yaxşı kənd təsərrüfatı məhsulları yetişdirməyə imkan verir. Müvafiq olaraq, bu məhsullar Aİ bazarlarına çıxarılarsa, insanlar təbii ki, daha keyfiyyətli və daha ucuz məhsullar seçəcəklər.

Eyni zamanda o, gömrük siyasətinin Aİ institutlarının səlahiyyətlərinə aid olduğunu qeyd edib. Bu baxımdan, Ursula fon der Leyenin Avropa Komissiyasının rəhbəri kimi bu müqaviləni imzalamaq hüququ var. Topornin əlavə edib ki, üzv ölkələr fon der Leyenin bağladığı sazişi təsdiqləməlidir: "Bir neçə başqa ölkə Fransanın mövqeyini dəstəkləsə, Parisin buna mane olmaq imkanı var."

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, bəzi Avropa dövlətlərinin rəhbərləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin təkbaşına mühüm qərarlar qəbul etməsindən narazılıq edirlər.

Chosen
12
ikisahil.az

1Sources