7NEWS.az xəbər verir ki, Əsəd rejiminin devrilməsi ilə Rusiyanın Suriyadakı bazaları ilə bağlı qərarı gözlənilir. Amerika mətbuatının yazdığına görə, Moskva Liviya vasitəsilə Yaxın Şərqdəki mövcudluğunu davam etdirməyə hazırlaşır. Radarlar və hava hücumundan müdafiə sistemlərinə aid çoxlu silahlar yük təyyarələri ilə daşınıb. Bununla belə, hərbi analitiklərin fikrincə, Liviyadakı bazalar Rusiyanın Suriyadakı itkilərini kompensasiya etməyə bilər.