Voleybol üzrə Olimpiya çempionu Vladimir Doroxov 71 yaşında vəfat edib.
“İki sahil” "Kommersant"a istinadıa xəbər veri ki, bu barədə Ümumrusiya Voleybol Federasiyası məlumat yayıb. O, dünən, dekabrın 18-də dünyasını dəyişib. Ölümün səbəbləri barədə məlumat verilmir.
Vladimir Doroxov Suxumidə anadan olub. O, 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarında qızıl, həmçinin 1976-cı ildə Monreal Olimpiadasında gümüş medal qazanıb. İkiqat dünya çempionu (1978, 1982), Dünya kubokunun qalibi (1977, 1981) və dördqat Avropa çempionu olub.