EN

İsrailli sabiq nazir Fransa prezidentini sərt tənqid edib (FOTO)

Bakı. Trend:

Əgər Fransa prezidenti Emmanuel Makronun Ukraynadan tutmuş İranakimi, eləcə də digər məsələlərdə apardığı siyasət obyektivqiymətləndirilərsə Fransanın riyakar siyasətini və Makronhökumətinin gülüş obyektinə çevrilməsini görmək mümkündür.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədəİsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, tanınmışsiyasətçi və politoloq Ayub Kara ABŞ və beynəlxalq yəhudidiasporunun populyar nəşri “Jewish News Syndicate”də dərc olunmuş“Riyakar mövqe Emmanuel Makronu gülüş obyektinə çevirir” başlıqlıməqaləsində yazıb. Qeyd olunub ki, fransızlar üçün insan haqları özimperiya maraqlarını genişləndirmək məqsədi daşıyan döyüşfəryadından başqa bir şey deyil. “Bloomberg”in son hesabatına görə,Fransa 2024-cü ildə Rusiyadan rekord miqdarda təbii qaz idxal edib.Bu o deməkdir ki, Makron Paris görüşündə Zelenski və Trampınyanında dayansa da, nəzəri cəhətdən Ukraynanı və Rusiyaya qarşısanksiyaları dəstəkləsə də, əməldə bunlara riayət etmir. Axı Rusiyaqazı Fransa bazarlarından bütün dünyaya satıla bilər və bu,Makronun Rusiya əleyhinə çıxışını kifayət qədər mənasız edir.Fransa bazarındakı reallıq Makronu gülüş obyektinə çevirir.

Həmçinin diqqətə çatdırılıb ki, Fransanın riyakar mövqeyininbaşqa bir nümunəsi rəsmi Parisin Tehranla sıx əlaqələridir.Ermənistanın vasitəçiliyi ilə Fransa və İran arasında genişəməkdaşlıq mövcuddur. Hətta Ermənistanın baş naziri NikolPaşinyanla Makron arasında keçirilən görüşdə Fransa lideri ermənihəmkarına İrana mesajların çatdırılması ilə bağlı müasir üstüörtülütəlimatlar verib.

Sabiq nazir Avropa İttifaqının İrana qarşı daha çox sanksiyalartətbiq etdiyi halda, Makronun Ermənistan vasitəsilə İranla gizlidanışıqlar aparmasını riyakarlıq adlandırıb.

Məqalədə eyni zamanda bildirilib ki, Fransanın İran və Ukraynayaqarşı yürütdüyü siyasət riyakarlığın yeganə nümunəsi deyil. Beləki, 2020-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağmünaqişəsinin başlanğıcından Fransa özünün ATƏT-in Minsk Qrupundakıbitərəf vasitəçi roluna zidd, qərəzli mövqe nümayiş etdirib. MinskQrupu ilə əməkdaşlıq çərçivəsində Qarabağ münaqişəsinin həllinəmane olmaq üçün səylərini əsirgəməyib.

İsrailli siyasətçi yazısında Fransanın Korsika ilə yanaşı, özsərhədlərindən minlərlə kilometr uzaqlıqda yerləşən digərdənizaşırı ərazilərə qarşı da müstəmləkəçilik siyasəti apardığınıvurğulayıb: “Fransızlar üçün insan haqları onların imperiyamaraqlarına xidmət edən vasitədir. Beləliklə, Azərbaycanın Qarabağahaqqı yoxdur, amma fransızların başqa ölkələri müstəmləkə etmək,imperiya təsir dairəsini genişləndirmək hüququ var. Bu riyakarmövqe Makronu gülüş obyektinə çevirən daha bir misaldır”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jns.org/hypocritical-positions-makes-a-laughingstock-out-of-emmanuel-macron/

İsrailli
Chosen
2
6
az.trend.az

7Sources