EN

Qonşular cadugər qadını döydülər

Rusiyanın Tümen vilayətində qonşular arasında münaqişə baş verib. Bu zaman qadınlardan biri digərini cadugərlikdə ittiham edib və onu yerə yıxaraq təpikləyib.
 
Moderator.az Lent.az-a istinadla bildirir ki, cadugər olduğu deyilən qadın onu döyəni əvvəlcə polisə, sonra isə məhkəməyə verib.
 
Məhkəmə “cadugəri” zərərçəkmiş kimi tanıyıb və onu döyən qonşunu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 6.1.1-ci maddəsi ilə (fiziki ağrıya səbəb olan, lakin cinayət məsuliyyətinə səbəb olmayan döymə) ittiham edib və ona hökm verib. Təqsirli şəxs dövlətə 5000 rubl cərimə ödəyəcək.
 
Chosen
6
2
moderator.az

3Sources