EN

Rusiya tranzit daşımaların inkişafı haqqında Saziş layihəsini təsdiqləyib

Rusiya Federasiyası Hökuməti Rusiya və Azərbaycan arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımalarının birgə inkişafı haqqında Sazişin layihəsini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Baş nazir Mixail Mişustin sərəncam imzalayıb.

Sənəddə qeyd edildiyi kimi, Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun potensialını artırmaqdır.

Sənəd, həmçinin dəmir yolu infrastrukturunun yenilənməsindən sonra hər il Rusiyadan Azərbaycana daşınmalı olan yüklərin həcmini müəyyən edir. 2028-ci ildən minimum göstərici 5 milyon ton təşkil edəcək, bundan sonra isə hər il 15 milyon tona çatacaq.

Chosen
10
1
sia.az

2Sources