EN

Anar Məmmədov şəhid ailəsini ziyarət etdi - Fotolar

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Xan Qərvənd kəndində Vətən müharibəsi şəhidi Ağalarov Nahid Musa oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

“Yeni Gundem” xəbər verir ki, görüşdə kənd ağsaqqalları və ziyalıları iştirak edib.

Millət vəkili şəhidin valideynləri ilə görüşüb, şəhid ailəsinin durumu ilə maraqlanıb, onlara Nahid kimi vətənpərvər oğul böyütdükləri üçün minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib

Anar Məmmədov qeyd edib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaq. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.

Görüşün sonunda şəhidin atası dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Nahid Musa oğlu Ağalarov və Yaşar Musa oğlu Ağalarov qardaşlarının biri itkin düşüb, digəri şəhid olub. Nahid 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biridir. Laçın-Şuşa yolunda avtomobildə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn olunub.

Nahidin böyük qardaşı Yaşar Ağalarov isə 1994-cü ilin aprelində Ağdam döyüşlərində itkin düşüb və uzun illər ondan xəbər çıxmadığı üçün şəhidlik statusu verilib.


Chosen
26
3
yenigundem.az

4Sources