EN

MİT Suriyada PKK-nın məsul şəxslərindən birini zərərsizləşdirilib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Qamışlı bölgəsində yeni əməliyyat keçirib.


E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/PAJK terror təşkilatınınməsul şəxslərindən, "Nesrin Amed" kod adlı Yayla Kızılkaya öldürülüb.

Terrorçunun Suriyada terror təşkilatının qadın kadrları ilə görüşlər keçirdiyi və qadınların təşkilat lehinə hərəkət etməsi üçün təlimatlar verdiyi müəyyən edilib.

Şəbnəm Mehdizadə

Chosen
16
e-huquq.az

1Sources