EN

Tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Bu gün səhər saatlarından internet provayderlərdən birində texniki nasazlıq səbəbindən bəzi tibb müəssisələrində fəaliyyəti dayanan elektron qeydiyyat sistemi işə düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumat yayıb.

***

Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub.

Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.
Chosen
5
35
e-huquq.az

10Sources