EN

AMB tərəfindən “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi təsdiqlənib

Azərbaycan Mərkəzi Bankın (AMB) “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi 2024-cü ilin dekabr ayında Pul siyasəti və maliyyə sabitliyi Komitəsində müzakirə olunaraq 12 saylı protokol qərarı ilə geniş ictimaiyyətə açıqlanması üçün təsdiq edilib.

Bu barədə AMB-dən məlumat verilib.

    Məlumata görə, Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyinin və dayanıqlılığının təmin edilməsi məqsədilə bank sektorunun tənzimləmə və nəzarətini, o cümlədən makroprudensial siyasəti həyata keçirir. Makroprudensial siyasət çərçivəsinin təkmilləşdirilməsi və onun kommunikasiyasının genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi hazırlanıb. Sənəddə makroprudensial siyasətin son və aralıq məqsədləri, tətbiq istiqamətləri və prosesi, institusional dizaynı, kommunikasiyası eləcə də digər siyasətlərlə qarşılıqlı əlaqəsi əks olunur.

    Ən sərfəli kredit üçün müraciət et

    Chosen
    4
    11
    banco.az

    10Sources